PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır
Azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı
Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı


02.04.2025  17:02 

Taksi sürücülərinin Bakı tətili ləğv edildi





A+  A-

Bir qrup taksi sürücüsü aprelin 2-də fəaliyyətlərini dayandıracaqlarını bəyan etsələr də onların bu, etirazları baş tutmayıb. Taksilər adi qaydada fəaliyyətlərini davam etdiriblər.

XəzərNews.az xəbər verir ki, Teleqraf-ın sorğusuna cavab verən taksi parklarının açıqlamalarında bəlli oldu ki, taksilər xətlərdədir.

Yeri gəlmişkən, minlərlə taksi sürücüsünün tətil elan edəcəyini açıqlayan Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov da "TikTok" hesabından müraciət edərək aksiyanın ləğv olunduğunu bildirib:

“Bu aksiyanı etməyimiz bir az səhv addım oldu. Rəsmi qaydada müraciət etdik və dövlət tərəfindən bu məsələlərə baxılacaq. Yaxın zamanda cavab veriləcəyinə inanırıq. Hər kəs işinə çıxsın, çörək pulunu qazansın. İnanıram ki, bu işlər həllini tapacaq.”

Qeyd edək ki, sürücülərlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi arasında narazılıq Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na etdiyi dəyişiklikdən sonra dərinləşib. Hansıki bu dəyişikliklər sürücülər, operatorlar qarşısında tələbləri sərtləşdirir. Məhz yeni tələblərə cavab olaraq sürücülər taksi dayanacaqlarının sayının artırılmasını, taksi sürücülərinə avtobus zolaqlarından istifadə etməyə icazə verilməsini (avtobus zolağına daxil olub 2-3 dəqiqə ərzində sərnişin götürməyə və düşürməyə icazə verilməsini ), minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər.

Nəzərə çatdıraq ki, qüvvədə olan qaydalara görə, taksi sürücüləri avtobus zolağında sərnişin mindirib-düşürdükdə 100 manat, avtobus zolağının yanında sərnişin mindirib-düşürdükdə isə 80 manat məbləğində cərimə olunurlar.

Sürücülərin minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsi ilə bağlı tələblərinə gəlincə, ötən ildən qiymətlərdə kifayət qədər dəyişiklik var. Taksi üçün nəzərdə tutulmuş mobil proqramlara nəzər yetirsək, əvvəllər 1.50 azn-dən başlayan qiymətlər 2.60 manat təşkil edir.

Qiymətlərin bahalaşması taksidən istifadə edənlərin sayının azalmasına gətirib çıxarıb.
Rəsmi statistikaya görə, bu ilin yanvar-fevral aylarında taksi xidmətlərindən 11 milyon 816,7 min sərnişin istifadə edib. Belə ki, avtomobil nəqliyyatında 271,8 milyon sərnişin daşınıbsa, bunun cəmi 4,3 faizi minik taksilərinin payına düşüb.

Xəbər 2622 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +