Putin İrana gedir... - Hazırlıqlar başladı
Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi
Azərbaycanlı gənc ABŞ-də nüfuzlu vəzifəyə gətirildi
Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi


23.05.2018  14:32 

Azərbaycanda haker həbs edildi - Milyonlarla pul oğurlayıb





A+  A-

2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.
XəzərNews.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılıb, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.

Lunin Pavel Sergeyeviç və Serb Andrii Borisoviç Azərbaycan Cinayət Məcəlləsinin 177 (oğurluq) və 272 (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1660 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +