“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


02.02.2018  11:17 

Silah gəzdirən şəxs yaxalandı





A+  A-

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a bildirilib ki, Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə Keşlə qəsəbəsində Vüqar adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Bərdə rayon sakini Vüqar Kazımov saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 4 ədəd patron olan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Qeyd edək ki, Vüqar Kazımov əvvəllər də üzərində qanunsuz olaraq odlu silah saxladığına görə məhkum olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

Xəbər 1539 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +