“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


30.01.2018  12:21 

Nardaranda silah tapıldı





A+  A-

Yanvarın 27-də Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə Nardaran qəsəbəsində yaşayan Süleyman Süleymanovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.
DİN-dən XəzərNews.az-a daxil olan məlumata görə, həmin gün S.Süleymanov qəsəbə ərazisində saxlanılaraq 42-ci Polis Bölməsinə aparılıb. O, odlu silaha sahib olduğunu etiraf edərək həmin silahı qəsəbə ərazisində yerləşən Ümid Qayası deyilən yerdə basdırdığını bildirib.

Bölmə əməkdaşları hal şahidlərinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirib. Orada olan tikilinin içərisində axtarış aparılıb və torpağın altında gizlədilən nömrəsi silinmiş, 1 ədəd AK-74 markalı avtomat, 1 ədəd ona məxsus sandıqça və 15 ədəd 5.45 kalibrli patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində həmin silah-sursatı 3 il əvvəl qəsəbədəki “Rəhimə xanım” ziyarətgahının yaxınlığından tapdığını və polisə təhvil verməyərək basdırdığını bildirib.

Faktla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, istintaq hərəkətləri davam etdirilir.

Xəbər 2024 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +