Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib


24.10.2022  19:56 

“Aygün Kazımova Prezidentin verdiyi evi qarderob edib”





A+  A-

“Elə adama fəxri ad veriblər ki... Məsələn, Aygün Kazımovaya. Deyir ki Prezidentin verdiyi evi qarderob etmişəm. Aygün Kazımova, bu cür hərəkət etmək olar? Deməkdən ki, Prezidentin verdiyi evi tarixi muzey edirəm, nəyi də satsam da o evi satmaram, deyir, qarderob etmişəm. Şəxsən mən olsaydım, Aygünün evini əlindən alıb ya şəhid ailəsinə, ya da qaziyə verərdim, deyərdim ki, sənə düşmür o ev. Eləcə də fəxri adı da ondan alardım”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov Musavat.com-a açıqlamasında deyib.

Əməkdar artist uzun illərdir ki, Xalq artisti fəxri adını ala bilməməsindən şikayətlənib: “Firuzə İbadova və mən 50 ildir ki, səhnədəyik, lakin nə fəxri ad, nə ev, nə də təqaüd ala bilirik. Mənim indi 70 yaşım var, bəs nə vaxt fəxri ad verəcəklər? Axı mən də xidmət etmişəm. Bəyəm toya getmək xidmət etmək demək deyil? Toya özün getmirsən ki, səni dəvət edirlər. Yaxşı sənətçi olmasan, səni kim toya dəvət edər? Elə adam da var ki, 2-3 dəfə ev alıb. Bəs onda Firuzə İbadovaya, Cavanşir Məmmədova niyə ev verilməməlidir? 17 il adam Əməkdar artist kimi qala bilər?”

Cavanşir Məmmədova dolanışığından da gileylənib: “Əməkdar artist kimi ayda 100 manat pul alıram. Üstəlik toylar da yoxdur. Bəs mən nə ilə dolanım?”

Xəbər 2823 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +