İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


13.10.2022  10:34 

12 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən həbs edilib





A+  A-

Xırdalanda marşrut avtobusunda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etmiş İran İslam Respublikası vətəndaşı, 1968-ci il təvəllüdlü B.Yousef həbs edilib.

XəzərNews.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsində 54 yaşlı şəxs barəsində açılmış cinayət işi üzrə hökm elan edilib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 153.2-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) maddəsi ilə ittiham edilən şəxs 2 il müddətinə həbs cəzasına məhkum edilib. İstintaq müddətində polisin nəzarəti altında olan B.Yousef məhkəmə zalında həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, hadisə bir neçə ay əvvəl Xırdalan şəhərində - 535 saylı marşrut avtobusunda baş verib. B.Yousef avtobusda olarkən sıxlıqdan istifadə edərək 12 yaşlı qızı qucaqlayıb və ona qarşı əxlaqsız hərəkətlər edib. O, orta məktəbin 7-ci sinif şagirdi olan qız avtobusdan düşərkən özü də onun əlindən tutaraq nəqliyyat vasitəsindən enib və Xırdalan şəhəri ərazisində hərəkətini davam etdirib.

Məktəbli baş vermiş hadisə barədə valideynlərinə bildirdikdən sonra cinayət işi açılıb.

Xəbər 3091 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +