İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib
Şavkat Mirziyoyev Azərbaycana səfərə hazırlaşır


15.07.2021  14:56 

““Delta” digər ştammlardan 2 dəfə çox yoluxucudur”





A+  A-

“Yeni növ koronavirus (COVID-19) infeksiyasının “delta” ştammı “alfa” (Britaniya) ştammından 2 dəfə çox yoluxucudur”.
XəzərNews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov nazirliyin instaqram hesabında “İmmunitet və peyvənd sertifikatı” mövzusundakı çıxışı zamanı deyib.

O bildirib ki, “delta” ştammı ilə yoluxan bir xəstə 5-6 nəfəri yoluxdura bilər: “Bu, “alfa” ştammının yoluxuculuğundan 2 dəfə çoxdur. “Delta” ştammının inkubasiya dövrü qısadır. Klinik əlamətlərdə də bir sıra fərqlər mövcuddur. “Delta” ştammı digər respirator virus xəstəliklərinə daha çox oxşayır, əsasən baş və boğaz ağrıları ilə müşahidə olunur. Bəzən mədə-bağırsaq pozuntusunun da olduğunu qeyd edirlər.

“Delta” variantı ilə yoluxduqdan bir müddət sonra xəstədə klassik koronavirusdan daha çox ağırlaşmanın olması yalnız müşahidələrdir. Bununla bağlı hələ ki, dəqiq məlumat yoxdur. Onu da qeyd edim ki, peyvənd olunmayanlar xəstəliyi ağır keçirə bilərlər. Peyvənd koronavirusdan 100 faiz qorumasa da, yoluxma baş verdikdə, xəstəlik ağır keçmir”.

Xəbər 4307 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +