Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib


19.12.2019  09:03 

Sarkisyanın əmlakına həbs qoyuldu





A+  A-

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmlakına həbs qoyulub.
XəzərNews.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib. Daha əvvəl XİX Sarkisyana qarşı dövlət əmlakını mənimsəyərək 1 milyon dollardan çox vəsaiti oğurlamaqda ittiham etmişdi. Keçmiş prezident isə işi siyasi təqib hesab edərək ittihamları qəbul etməmişdi.

“Sarkisyanla yanaşı, “Fleş” şirkətinin rəhbəri Barseq Beqlaryanın da əmlakı müsadirə olunub”, - deyə Ohancanyan bildirib.

İstintaq materiallarına əsasən, kəndlilərə müvafiq qiymətlə dizel yanacağı satılması ilə bağlı dövlət proqramı çərçivəsində qanun pozuntusuna yol verilib. Belə ki, Sarkisyan tabeliyində olanlara tədarükçü kimi “Fleş” dizel yanacağı şirkətini seçməyi tapşırmaqda günahlandırılır. Halbuki, digər şirkət – “Masxur” yanacağın tədarükünü daha aşağı qiymətlə həyata keçirməyi təklif edirmiş. Müstəntiqlər bununla da Sarkisyanın daha çox gəlir əldə etməyə çalışdığını hesab edirlər.

Xəbər 3137 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +