Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib
Şavkat Mirziyoyev Azərbaycana səfərə hazırlaşır
Prezident özbəkistanlı naziri qəbul etdi
Səfirliklərimiz fəaliyyətini davam etdirir - XİN


11.05.2018  14:11 

Bakıda mağazalardan silsilə oğurluq edənlər TUTULDU





A+  A-

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.
DİN-dən XəzərNews.az-a verilən məlumata görə, mayın 10-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 mağazadan pul, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən 4 nəfərdən ibarət qrup üzvləri saxlanılıb.

Araşdırmalarla onların Yevlax rayon sakinləri Bəxtiyar Zamanov, Aidə Hüseynova və digər 2 nəfərin yeniyetmə olduqları məlum olub.

B.Zamanovun və bir yeniyetmənin aprelin 30-da paytaxtın Nizami rayonu ərazisindəki mağazaların birindən 12 ədəd mobil telefon və noutbuk oğurlamaları da müəyyən edilib. Polis əməkdaşları tərəfindən 3 mobil telefon maddi sübut kimi onlardan götürülüb.

Keçirilmiş növbəti əməliyyat tədbirləri ilə 3 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Məmmədov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər 3045 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +