Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


25.05.2025  02:49 

Sergey Kislitsa İstanbulda keçirilən danışıqların təfərrüatlarını açıqlayıb





A+  A-

Ukraynanın xarici işlər nazirinin müavini Sergey Kislitsa Türkiyənin İstanbul şəhərində keçirilən Rusiya ilə danışıqların təfərrüatlarını açıqlayıb.

XəzərNews.az xəbər verir ki, o, bunu "Biz Ukraynayıq" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi atəşkəs məsələsini “qəti şəkildə qəbuledilməz” hesab edərək, bununla bağlı danışıqlar aparmaq istəməyib. Rəsmi həmçinin vurğulayıb ki, Rusiya nümayəndə heyəti ərazilərin qondarma DXR, LXR, Zaporijye və Xerson vilayətlərinə “verilməsini” tələb edib, sabah Moskvanın “altı və ya səkkiz” rayon tələb edəcəyi ilə hədələyib, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə Ukraynadakı müharibəni “ruslarla bəzi fərqliliyi olan ruslar arasında müəyyən qarşıdurma” adlandırıb.

"Əslində Rusiya sizin bir millət olaraq varlığınızı inkar edir. Üzünüzə deyirlər: sən ukraynalı deyilsən, russan", - Kislitsya Medinskinin sözlərinə belə münasibət bildirib.

Xatırladaq ki, mayın 16-da İstanbulda Moskva və Kiyev nümayəndə heyətlərinin son üç ildə ilk ikitərəfli görüşü baş tutub. Danışıqların yekununa əsasən tərəflər “1000-ə 1000” formuluna əsasən məhbusların dəyişdirilməsi barədə razılığa gəliblər. Bundan əlavə, Rusiya və Ukrayna atəşkəslə bağlı fikirlərini ətraflı təqdim edəcəklərini və danışıqlar prosesinin davamını vəd ediblər.

Xəbər 518 dəfə oxunub.



05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +