Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


05.12.2020  11:26 

“Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün əlindən gələni etdi” - Köçəryan





A+  A-

Ermənistan rəhbərliyi ehtiyatsız hərəkətləri və bəyanatları ilə Qarabağda müharibəni yaxınlaşdırmaq üçün əlindən gələni etdi.
XəzərNews.az bildirir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan ölkənin “5-ci kanal”ına müsahibəsində deyib.

Əminəm ki, hakimiyyət müharibəni qaçılmaz etmək üçün hər şeyi etdi. Birincisi, danışıqlar prosesi dalana dirənmişdi və düşünülmüş şəkildə işə salınmışdı. Biz bir-birini qarşılıqlı istisna edən bəyanatlarımızla həmsədrlərin Ermənistan tərəfinin nə istədiyini bilmədiyi vəziyyəti ortaya atdıq. Elə təəssürat yaranmışdı ki, Ermənistan hər şeyi dalana dirənmək üçün edir. Müharibə də elə bir vaxt başladı ki, heç kim danışıqların Ermənistan tərəfindən pozulmasına şübhə etmirdi”, - deyə Köçəryan qeyd edib.

Onun sözlərinə görə, bütün bu səhvlərin səbəbkarı baş nazir Nikol Paşinyandır. O hesab edir ki, hər şey erməni tərəfinin iyul ayında Tavuşda sərhədyanı münaqişə yaratması ilə başlayıb. Nəzərə alsaq ki, bundan bir ay əvvəl Baş Qərargah rəisi Ermənistanın müharibəyə hazır olmaması haqqında məruzə etmişdi, bu, qaçılmaz səhv idi.

Köçəryan sabiq müdafiə naziri David Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” haqda bəyanatını da tənqid edib. “Əslində, biz nazirin dili ilə Azərbaycana qarşı elə hədə səsləndirdik ki, bu təhlükənin aradan qaldırılmasının ən qısa yolu Türkiyənin bilavasitə Bakının tərəfində müharibəyə cəlb edilməsi idi”, - o deyib.

Köçəryan hesab edir ki, rəhbərliyin düşmən dronları üçün Qarabağ səmasını bağlaya bilməməsi də səhv idi. Dövlət məmurlarına mükafat kimi verilən 120 milyon dollara bir neçə müasir müdafiə vasitələri almaq olardı.

Koçaryan ümumilikdə əmindir ki, Ermənistanın müharibəni uduzmamaq imkanı var idi.

Xəbər 3363 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +