YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


04.07.2022  20:05 

“Parlament buraxılmalı, millətin dərdini çəkən deputatlar seçilməlidir”





A+  A-

Milli Məclisin deputatlarına verilən bəzi pul təminatları ləğv edilib. Eyni zamanda deputatların maaşlarının artırılması ilə bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsi qəbul olunub. Qanuna dəyişikliklə ləğv edilən bu məbləğlər deputatların maaşlarının üzərinə əlavə ediləcək. Bu məsələ cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bir çox insanlar Milli Məclisdə təmsil olunan deputatların əksəriyyətinin biznesmen olduğunu və onların heç maaşa ehtiyac duymadığını dilə gətiriblər. Bu nöqteyi nəzərdən ləğv edilən əlavələrin onların maaşlarının üzərinə hesablanmasını doğru saymayıblar.

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Milli Məclis üzvlərinin əksəriyyəti təyin edilən adamlardır: “Ramiz Mehdiyevin mandat alveri məsələsindən hər kəs xəbərdardır. İndi də bu deputatlar xalqı düşünmək əvəzinə öz maaşlarının dərdini çəkirlər. Heç onların çoxunun maaşa da ehtiyacı yoxdur. Məsələn biri elektronika sahəsində monopoliyanı əla alıb, digəri aptek şəbəkələri ilə tanınır və sairə. Yəni parlament üzvlərinin böyük əksəriyyəti oliqarxlardır. Təbii ki, Milli Məclisdə xalqını düşünən ləyaqətli insanlar da var. Ancaq onlar barmaqla sayılacaq qədərdir. Amma əksəriyyəti müəyyən məmur təbəqəsi və nazirlərlə birləşib ölkəni və dövləti talan etməklə məşğuldur. Ona görə də, hesab edirəm ki, parlament təcili buraxılmalıdır. Millətin və dövlətin dərdini çəkən deputatlar seçilməlidir”.

Hafiz Hacıyevin sözlərinə görə, bir çox millət vəkilləri heç vaxt dövləti düşünməyib: “Əgər düşünsəydilər, o zaman maaşlarını artırmaq əvəzinə, həmin əlavələri müharibə qəhrəmanlarına, şəhid ailələrinə xərcləyərdilər. Amma nə etmək olar ki, Azərbaycan xalqının taleyinə Ramiz Mehdiyevin təyin etdiyi bu cür deputatlar düşüb”.

Partiya sədri əlavə edib ki, ölkədə referendum keçirilməlidir: “Müəyyən dəyişikliklər olmalıdır. Prezidentin Qarabağda Xüsusi Nümayəndəsi təyin edilib. Bu sistem özünü doğruldur. Ona görə də, həmin sistemə keçid olmalıdır. Eləcə də, parlament buraxılmalı, proporsional seçki sisteminə keçid baş verməlidir. Daha sonra isə yeni seçki keçirilməlidir. Belə olsa ölkədə qalxan siyasi hərarət pik həddə çatmaz”./konkret.az

Xəbər 1681 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +