Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


28.12.2021  16:48 

Bloqer qapalı həbsxanaya göndərilir?





A+  A-

Həbsdə olan bloqer Aslan Qurbanovun saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsində işgəncəyə məruz qaldığı və cərimə otağına (kars) salındığı bildirilir.

Bloqerin atası Əhəd Qurbanov deyir ki, ağır epilepsiya xəstəsi olan oğlu cəzaçəkmə müəssisəsinə göndərildiyi ilk günlərdən təzyiqlərə məruz qalıb:

"Oğlum saxlanıldığı barakda bir neçə ay, guya, boş çarpayı olmadığından döşəmədə yatızdırılıb. Guya, qaçmağa və özünə qəsdə meylli olduğundan saxlandığı yerdə hər saatdan bir qeydiyyata alınmaq üçün rəhbərliyə çağırılıb, son bir ay isə xüsusi tipli cəzaçəkmə kamerasına salınıb".

Ə.Qurbanovun sözlərinə görə, oğlu dekabrın 23-də aldadılaraq saxlanıldığı şəraitdən heç bir şikayəti olmadığı barədə ərizə imzalayıb və gözlənilmədən Nərimanov Rayon Məhkəməsinə aparılıb:

"Orada barəsində Qobustandakı qapalı həbsxanaya 2 il müddətinə göndərilməsi barədə qərar qəbul edilib".

Atası deyir ki, oğlu günahsızdır:

"Bir gənc kimi, Aslanın sosial şəbəkələrdə talışların bu və ya digər problemləri ilə bağlı bəzi statusları emosional görünə bilər, amma o, həmişə vətəninə sadiq olub. Azərbaycanda yaşayan bütün xalqlara da sevgi və hörmətlə yanaşıb".

Onun dediklərinə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Amma Penitensiar Xidmətdən, bir qayda olaraq, vurğulanır ki, cəzaçəkmə müəssisələrində bütün məhbuslarla yalnız qanun çərçivəsində davranırlar.

Xatırladaq ki, Aslan Qurbanovu ötən il iyulun 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 283.1-ci (milli, dini, sosial ayrı-seçkilik salma) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Qurbanov 7 il müddətinə həbs olunub./AzadlıqRadiosu

Xəbər 1946 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +