Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


16.01.2019  15:11 

Daxili orqanlarından narkotik çıxdı





A+  A-

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib.
Gömrük Komitəsindən XəzərNews.az-a daxil olan məlumata görə, yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb və Astara Rayon Mərkəzi Xəstəxanasında aparılan müayinə nəticəsində vətəndaşın düz bağırsağında 3 ədəd uzunsov formalı büküm olduğu müəyyən edilib. Bükümlərə baxış zamanı, ümumi çəkisi 92 qram olan narkotik vasitə-tiryək, qablaşdırması ilə birgə ümumi çəkisi 1.7 qram olan kristal şəkilli psixotrop maddə - metamfetamin, qablaşdırması ilə birgə ümumi çəkisi 6 qram olan narkotik vasitə - heroin, üzərində "M40" yazılı 50 ədəd metadon və 38 ədəd "Clonazepam" həbləri aşkar edilib.

Xatırladaq ki, metadon Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə, "Clonazepam" adlı dərman preparatı isə Azərbaycan ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddədir.



Xəbər 1417 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +