Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


19.05.2017  10:07 

Bu ərazilərdə işləyənlər daha çox pul alacaq





A+  A-

Baş nazirin birinci müavini Yaqub Eyyubov “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərara əlavələr edib.
XəzərNews.az xəbər verir ki, qərara əsasən “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “1500 metrdən 2000 metrədək” sütununun “Goranboy rayonu” bölməsinə “Buzluq k.” sətrindən sonra “Yuxarı Ağcakənd kəndi” sətri əlavə edilib.

“Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı” üzrə isə “Goranboy rayonu” bölməsinə “Rus Borisi k.” sətrindən sonra “Erkeç kəndi”, “Mənəşli kəndi” və “Todan kəndi” sətirləri, “Quba rayonu” bölməsinə “Muçu kəndi” sətrindən sonra “Afurca kəndi”, “Atuc kəndi”, “Güləzi kəndi”, “Dalaqo kəndi”, “Ruçuq kəndi”, “Ördüc kəndi” və “Xırt kəndi” sətirləri, “Göygöl rayonu” bölməsinə “Qarabulaq kəndi” sətrindən sonra “Quşçu kəndi” sətri əlavə edilib.

“Yardımlı rayonu” bölməsində “Daşkənd k.” sözləri “Yardımlı şəhər ərazisinin Daşkənd hissəsi” sözləri ilə əvəz edilib.



Xəbər 2453 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +