200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


06.11.2023  18:51 

Əli Əsədov Xorvatiyanın Baş naziri ilə görüşüb





A+  A-

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 6-da ölkəmizdə işgüzar səfərdə olan Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

Xəzərnews.az Nazirlər Kabineti mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ali və yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Azərbaycan-Xorvatiya münasibətlərinin bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdikləri qeyd olunub.

İqtisadi-ticari sahədə əməkdaşlığın artım dinamikasından məmnunluq ifadə edilib, ötən il ticarət dövriyyəsinin həcminin 28 faiz artdığı bildirilib.

Tərəflər investisiya sahəsində əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanların olduğunu qeyd ediblər.

Xəbər 1473 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +