200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


11.09.2023  15:16 

Növbəti görüş şərait yetişəndə ​​baş tutacaq - Overçuk





A+  A-

Transqafqazda nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli işçi qrupun danışıqları davam edir, lakin Ermənistanla Azərbaycan arasında münasibətlərin gərginləşməsi bu fəaliyyətə mənfi təsir göstərir.

XəzərNews.az xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunda jurnalistlərə deyib.

“Əlbəttə, hər hansı kəskinləşmələr həmişə işimizə mənfi təsir göstərir, onlar işi ləngidir, vaxt keçir”, - Overçuk deyib.

Rusiya baş nazirinin müavini əlavə edib ki, danışıqlar dayanmayıb, davam edir.

Overçukun sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsi ilə bağlı növbəti görüş şərait yetişəndə ​​baş tutacaq.

İşçi qrupunun sonuncu iclasından sonra Rusiya baş nazirinin müavini Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmanın əldə olunmasında mühüm irəliləyişin olduğunu qeyd edib.

Qeyd edək ki, tərəflərin sonuncu görüşü iyunun 2-də baş tutub.

Xəbər 3169 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +