Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


17.05.2023  10:26 

Ermənilər “Friends Arena“ təxribatını təsdiqlədilər - Faktlar





A+  A-

Stokholmda İsveç və Azərbaycan yığmaları arasında keçirilən oyunda baş verən təxribatın məhz ermənilərin törətməsi onların özləri tərəfindən təsdiqlənib.

XəzərNews.az xəbər verir ki, ermənilər bu barədə özlərinə məxsus sosial şəbəkə hesabında etiraf ediblər.



Sergo Tedevosyan adlı erməninin etirafında deyilir:

"İndi əminliklə deyə bilərsiniz ki, məqsədimizə çatdıq. Əvvəlcə planlaşdırılan nümayiş, Artsaxın diqqət mərkəzində saxlanılması, oyun zamanı və oyundan dərhal sonra baş verənlər...

Azərbaycanı stadiona əşya atmağa görə 10 min avro, stadionun özündə vandalizmə görə isə əlavə 5 min avro cərimə gözləyir.

Təəssüf ki, SvFF də 5000 avro cərimələnib, amma söz verirəm ki, Ermənistanda hər şey qaydasında olanda mən də şəxsən onlara eyni məbləği bağışlayacağam.

Həmçinin qayğı göstərən və iştirak edən bütün tərəflərə təşəkkür etmək istəyirəm. Banneri hazırlayan Lusine Djanyan və Aleksey Knedlyakovskiyə və bannerin hesabını təqdim etdiyinə görə Ermənistana Dəstək Fondu SE-yə əlavə təşəkkürlər".




Qeyd edək ki, Sergo Tedevosyan "Support Armenia Fund SE" səhifəsinin administratorudur.

Hazırda İsveç Azərbaycanlıları Konqresi və Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu (Stohkolmda yerləşir) bu paylaşımları əsas götürərək hərəkətə keçib. Hüquqşünaslar prosesin hüquqi müstəvidə davam etdirilməsi istiqamətində səylər göstərir.

Xatırladaq ki, oyun zamanı İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyevin təşəbbüsü ilə diaspor fəalları 30 saniyə müddətində ermənilər tərəfindən açılan təxribat xarakterli bannerlərin yığışdırlmasına nail olmuşdular.

Elə buna görə də İsveçdə yaşayan ermənilər Emil Mirzəyevi və Azərbaycanın digər diaspor fəallarını şikayət ediblər.

2016-cı ildən İsveçdəki Azərbaycan diasporunun fəalları ilə mübarizə aparan ermənilər orada güclü imkanlara - şirkətlərə sahibdirlər. Hətta onların istehsal etdiyi malların Qarabağda satılması ilə bağlı ciddi informasiyalar da var.



Xəbər 1731 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +