Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


02.04.2018  17:43 

Dünyanı aclıq gözləyir – HESABAT





A+  A-

Dünyanın 51 ölkəsində 124 milyon nəfərə yaxın insan ərzaq təhlükəsizliyi problemi yaşayır.
XəzərNews.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının (Food and Agriculture Organization - FAO) Qlobal Ərzaq Böhranı hesabatında qeyd edilir.

Ərzaq defisiti, eləcə də, aclıq o qədər ciddi səviyyədədir ki, bu, yaşam üçün ciddi təhlükə yaradır.

Vəziyyətin bu səviyyəyə çatması yeni və artan uzunmüddətli münaqişələrlə bağlıdır. Hansı ki, Konqo Demokratik Repsublikasında, Cənubi Sudanda, Yəməndə müşahidə edilir.

Quraqlıq Şərqi və Cənubi Afrikada qida təhlükəsizliyi və qidalanma səviyyəsi aşağı olan ölkələrdə məhsul çatışmazlığına gətirib-çıxarıb.

Hesabatda qeyd edilir ki, 18 ölkədə hökm sürən münaqişələr ərzaq çatışmazlığının əsas səbəbidir. O da bildirilir ki, 18 ölkədən 15-i Afrikada və ya Yaxın Şərqdə yerləşir.

Qarşıdurmalar 2018-ci ildə qida böhranının əsas səbəbi olaraq qalacaq. Bu, Əfqanıstana, Mərkəzi Afrika Respublikasına, Cənubi Sudan, Yəmən, Liviya, eləcə də, Saxelə təsir edəcək:

“Aclıq və ərzaq çatışmazlığı bütün dünyada milyonlarla insanın həyatına təhlükə yaradır. Yoxsulluq, qida böhranlarına qarşı daha strateji addımlar atılmalıdır. Əgər biz aclığın yox olmasını istəyiriksə, münaqişələr və aclıq əlaqəsini araşdırmalıyıq”.

Xəbər 1982 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +