Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video
Trampdan İrana zərbə... - Fars körfəzinin adı dəyişir
Hindistan diplomatı Pakistan XİN-ə çağırılıb
Hacıqabulda bəzi əraziləri su basıb


13.05.2020  12:46 

“Bir dəfə “AGBank”ı xilas etməyə çalışmışıq” - Elman Rüstəmov





A+  A-

"Biz bir dəfə də "AGBank"ı xilas etməyə də çalışmışıq. Düzdür, bu barədə mətbuata məlumat verməmişik. Ancaq bundan sonra da bankın maliyyə vəziyyəti düzəlmədi".
XəzərNews.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "AGBank" xarici audit də mənfi qiymətləndirmə olmuşdu: "Bir dəfə bu bankın xilas edilməsi həyata keçirildi. Əhalinin 77 milyonunu bu banka əlavə kapital qoyuluşu kimi reallaşdırdıq. Ancaq kapaitallaşmadan da sonra da maliyyə vəziyyəti pisləşdi".

E.Rüstəmov əlavə edib ki, bütövlükdə 4 bankın sektorda payı yüksək deyildi: " Portfelin keyfiyyəti qeyri-qənaətbəxşdir. İpoteka kreditlərini istisna etsək, bu banklarda problemli kreditlərin çəkisi 73 faizə çatırdı. Bu banklarda 690 milyon manat əmanəti var idi. Bağlanan bankların sektorda qalması üçün 677 milyon əlavə kapital tələb olunurdu. Mətbuatda ekspetltə bağlanan banklarla bağlı çıxış edir. Bu yaxşı bank idi və. s demək ən azı professional yanaşma deyil. Ekspertlər əhalini çaşdırmağa çalışmamalıdır".

Xəbər 1985 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +