Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


08.03.2023  10:22 

Araik Bakıya təslim olmaq istəyib?





A+  A-

Xankəndi-Xəlfəli-Turşsu yolunda ermənilərin törətdiyi təxribatdan sonra Xankəndidə ciddi təşviş yaşanır.

"Hraparak” nəşri separatçıların Bakıya təslim olmaq istəklərinin olduğunu yazır.

"Məsələ ondadır ki, martın 1-də Xocalıda keçirilən görüş ermənilərə konstruktiv görüş kimi təqdim olundu və qeyd olundu ki, yaxın günlərdə nəticəsi olacaq. Əslində isə həmin görüşdə Bakı inteqrasiya prosesinin alternativinin olmadığını, Laçın yolunda nəzarət məntəqəsinin qurulmasını, alternativ yollardan istifadəyə imkan verməyəcəyini bildirib”, - nəşr yazır.

Nəşr mənbələrinə istinadən yazır ki, həmin görüşdən sonra Araik Arutyunyan və dəstəsi Bakının şərtlərini qəbul etmək, təslim olmaq haqda müzakirələr aparıb:

"Lakin Ermənistanda müxalifət qüvvələr (keçmiş "Qarabağ klanı”) ona geri çəkilməməklə bağlı təzyiq edib. Bildiriblər ki, belə bir addım kütləvi etirazla qarşılanacaq. Araik bundan sonra fikrindən daşınıb, məhz buna görə Azərbaycan tərəfi Laçın yoluna alternativ olan torpaq yolun bağlanması qərarını verib. Silahlı insident də buna görə yaşanıb”.

Asif Nərimanlı

Xəbər 1439 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +