Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur





A+  A-

Prezident Vladimir Putin ABŞ-dan və onun hərəkətlərinə reaksiyasından qorxur.

XəzərNews.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski iyulun 16-da “Newsmax” nəşrinə müsahibəsində deyib.

O qeyd edib ki, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun və digər amerikalıların səfərləri zamanı Rusiya Federasiyasının Kiyevi bombalamasını dayandırması buna sübutdur.

Onun sözlərinə görə, ABŞ rəsmiləri Ukraynada olanda Putin qorxudur, şantaj edir, gərginlik yaradır, lakin bu hərəkətləri tam miqyasda böyümür.

"Bu, bir şey deməkdir: Putin Amerikadan qorxur. Mən bunu hər zaman deyirəm. Hər halda, Putin Amerikadan qorxur", - Zelenski deyib.

Prezident əlavə edib ki, o, ABŞ prezidenti Donald Trampın bu müharibəni bitirmək qabiliyyətinə əmindir. O, ümid etdiyini bildirib ki, ABŞ həqiqətən də Rusiyaya qarşı güclü sanksiyalar tətbiq edəcək, həmçinin Ukraynanı güclü çəkindirici paket və Ukraynanı və nəhayət, Avropa ölkələrini qoruya biləcək güclü hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək.

Zelenski vurğulayıb ki, ruslar yalnız gücü başa düşür, ona görə də onlara yalnız sərt sanksiyalar və güclü silahlar təsir edəcək.

Xəbər 440 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +