Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


31.08.2021  15:32 

“Hər gün 5 saat susuz qalırıq” - Şikayət





A+  A-

“İsti havada, suya ən çox tələbat olduğu saatlarda 5 saat susuz qalırıq. Günorta saat 13:00-dan kəsilən su bir də axşam saat 18:00-da bərpa olunur. Elə ailələr var ki, evdə yaşlılar, xəstələr, körpə uşaqlar var, çox çətinlik çəkirik”.
XəzərNews.az bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya Bakının Xətai rayonu, Gəncə prospektində yaşayan sakinlər müraciət ediblər.

Onların sözlərinə görə, sözügedən ünvanda aylardır bu problem yaşanır. Xüsusən isti havada, suya tələbatın çox olduğu vaxtda suyun fasilələrlə verilməsi çətinlik yaradır.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, son günlər temperaturun yüksək olması ilə əlaqədar içməli suya tələbat kəskin artıb və tələbatı ödəmək üçün mənbələrdən Abşeron yarımadasına ötürülən suyun həcmi artırılıb. Havaların kəskin istiləşməsi ilə əlaqədar “Azərsu” ASC gücləndirilmiş iş rejimində çalışır:

“Abonentlərin dayanıqlı içməli su ilə təmin olunması, anbar ehtiyatlarının toplanması üçün təsdiqlənmiş reqlamentə uyğun olaraq rejimlərin tənzimlənməsi işləri aparılır və bəzi ərazilərdə suyun verilmə qrafiklərində müəyyən dəyişikliklər edilir. Edilən israfçılıq paylayıcı şəbəkələrin ucqar nöqtələrindəki abonentlərin su təminatına mənfi təsir göstərir ki, bu da həmin ərazilərdə yaşayan insanların haqlı narazılığına səbəb olur”.

Qurum həmçinin vətəndaşlara müraciət edərək yay aylarında, xüsusilə də kəskin istilərin müşahidə olunduğu günlərdə içməli sudan maksimum qənaətlə istifadə etmələrini, bağ massivlərində və həyət evlərində yaşayanlar yaşıllıqların suvarılmasında israfçılığa yol verməmələrini tövsiyə edir.

Xəbər 3721 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +