Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


16.05.2021  20:38 

BMT İsrail və Fələstinə çağırış etdi





A+  A-

BMT İsrail və Fələstini “mənasız qan tökülməsi, terror və dağıntıya” son verməyə və iki dövləti münaqişənin həlli üçün müzakirələrə qayıtmağa çağırıb.
XəzərNews.az xəbər verir ki, bu fikirləri bu gün BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail arasında getdikcə gərginləşən vəziyyəti müzakirə etmək üçün keçirilən üçüncü iclasında çıxış edən BMT-nin baş katibi Antonio Quterreş səsləndirib.

“Qəzza və İsraildəki ölüm və dağıntı birgəyaşayış və sülh ümidini söndürür. Qarşıdurmalara təcili son qoyulmalıdır. Bir tərəfdə raket və minaatanlar, digər tərəfdə hava hücumu və top bombardmanları dərhal dayandırılmalıdır”, - baş katib qeyd edib.

O bildirib ki, BMT atəşkəs üçün bütün tərəflərlə görüşlərini davam etdirir:

“Qəzzada qadın və uşaqların da aralarında olduğu fələstinli mülki şəxslərin ölümləri qorxuncdur. Qəzzadan atılan raketlər səbəbindən israillilərin həyatını itirməsi bizi olduqca kədərləndirir”.

Quterreş xatırladıb ki, bütün liderlər təhrikedici ritorikanı dayandırmalı və artan gərginliyi sakitləşdirməlidirlər:

“Qarşıdurmalar təkcə israilli və fələstinliləri deyil, bölgəni də dağıdıcı nəticələri olan bir spiralvari şiddətə sürükləyir. Bu, bütün bölgə üçün yeni bir təhlükə yarada bilər”.

Baş katib xəbərdarlıq edib ki, qarşıdurmanın davam etməsi təhlükəsizlik və insani böhran ortaya çıxa bilər.



Xəbər 3222 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +