Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


21.06.2018  13:27 

Yeni qaydalar sentyabrdan tətbiq olunacaq - Nazir açıqladı





A+  A-

Orta məktəblərdə şagirdlərin dərs və imtahan yükünü azaltmağı nəzərdə tutan yeni məktəbdaxili qiymətləndirmə qaydaları 2018-2019-cu tədris ilindən tətbiq ediləcək.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabat tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmə ilə bağlı təhlillər aparılıb: "Yaxın aylarda bununla bağlı qərar veriləcək. Məktəbdaxili qiymətləndirmədə, xüsusilə ibtidai təhsil pilləsində yüngülləşmə olacaq".

Təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımdan vacib amil olduğunu vurğulayan nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, 5 il bundan əvvəllə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin həm əhatəliliyinin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələndiyini vurğulayan nazir təhsilimizin daha əlçatan, keyfiyyətli olmasının gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifah səviyyəsinin yüksək olmasına zəmin yaratdığını vurğulayıb.

2020-ci ilə qədər məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılmasının nəzərdə tutulduğunu deyən C.Bayramov bu istiqamətdə digər hədəfin keyfiyyətin yaxşılaşdırılması olduğunu və artıq bununla bağlı bir sıra layihələrin həyata keçirildiyini bildirib.

Xəbər 2819 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +