Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək


31.08.2017  17:54 

Bakıda alimin evindən 1 milyon oğurlandı - “50 illdir ev-eşik sahibiyəm, uşaq deyiləm”





A+  A-

Bakıda alimin evindən 1 milyon 200 min manatlıq oğurluq edildiyi iddia olunur.
XəzərNews.az xəbər verir ki, AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın evindən 536 min ABŞ dolları (912 min AZN), 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. İddiaya görə, oğurluq etmiş şəxs alimin evində xadimə kimi çalışan Zeynalova Xanım Abduləli qızıdır.

Oğurluqda təqsirləndirirlən qadının atası Abduləli Zeynalov məsələ ilə mətbuata açıqlamasında qızına qarşı irəli sürülən ittihamları qəbul etməyib.

A.Əliyeva Publika.az-a açıqlamasında xaricdə olduğundan danışa bilmədiyini desə də, bir neçə suala cavab verib: "Hazırda istintaq gedir, həmin qadına 4 aylıq həbs cəzası verilib. Həmin qadının atası mənim barəmdə artıq-əksik danışdığına görə bu gün ona polislər lazımı cəza verəcəklər. Mənim əşyalarımın hamısını o qadının evindən tapılıb. Əşyalarım onun evindən çıxmasaydı, hüquq mühafizə orqanları onu tutardı? O qadın 3 il müddətində mənim evimdən oğurluq edib”.

Evindən qeyd olunan məbləğdə vəsaitin oğurlanması ilə bağlı suala cavabında A.Əliyeva həmin məbləğdən xəbərsiz olduğunu deyib:
"Mən indi xaricdəyəm və həmin yazını oxumamışam. Mən şikayət edirəm ki, istintaq sirrini nə üçün yayıblar? Onun zirzəmisindən mənim əşyalarım tapılıb.

Polis mənim qızıl-zinyət əşyalarımın dəyərini hesablayıb. Mən nə yazıldığını bilmirəm. Evimizdən hər şeyimizi-paltarımızı, "pastelimizi”, əşyalarımızı aparıblar.

Mən hesablamamışam, bilmirəm nə qədər ziyan vurub. Əlimi atdıqca görmüşəm ki, əşyalarım yoxdur. 50 illdir ev-eşik sahibiyəm, uşaq deyiləm. Mən əvvəl ondan şübhələnməmişəm, sonda şübhələndim, polisə müraciət etdim. Polis də hər şeyi üzə çıxartdı”.

Xəbər 2988 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +