Şamaxıda kürəkən qayınatasını qətlə yetirib
Sabiq deputat həbsdən çıxmamış daha 9 il iş aldı
Ağdamda polis əməkdaşı minaya düşdü
Sabahdan qohum evliliyinə son... - Azərbaycada
Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb


19.07.2017  15:12 

“Ermənistan təxribatlara son qoymalıdır” - Çavuşoğlu Bakıdan mesaj verdi





A+  A-

“Azərbaycan, Türkiyə və Türkmənistan arasında iqtisadi əməkdaşlıq sahəsində azalma var”.
XəzərNews.az-ın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O nəzərə çatdırıb ki, vəziyyəti bərpa etmək üçün potensial var.
Nazirin sözlərinə görə, BMT və beynəlxalq təşkilatlarda gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. N. Çavuşoğlu bildirib ki, Türkmənistanda keçiriləcək ölkə başçılarının zirvə görüşündə enerji məsələlərlə yanaşı digər sahələrdə əməkdaşlıq müzakirə olunacaq. O, ekspertlərin 2018-2020-ci illəri əhatə edən Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığına dair “Yol xəritəsi” üzərində çalışdığını da söyləyib.

M. Çavuşoğlu ermənilərin hücumu nəticəsində Füzulidə şəhid olan iki mülki şəxsin ölümü ilə əlaqədar başsağlığı verib və Ermənistanı təxribatlara son qoymağa çağırıb.

"Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Ermənistan silahlı qüvvələrinin işğalına son qoyulacağından sonra mümkündür. Türkiyə Azərbaycanın yanındadır. Ötən il Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür edirəm", - deyə o vurğulayıb.

Xəbər 2539 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +