FHN-ə işə düzəltmə adı ilə daha bir dələduzluq edilib
İstintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb
“Sputnik-Azərbaycan”nın ofisində əməliyyat keçirilir?
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
Bu tarixlərdə Qarabağa gedə bilməyəcəksiniz!
Partlayışla bağlı cinayət işi başlandı
Bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz
TƏBİB minaya düşən polislə bağlı məlumat yaydı
Hüseyn Büyükfıratın oğlunun ölüm səbəbi məlum olub
Bakıda ən çox əmək haqqını kimlər alıb?


21.06.2017  15:29 

AMEA-da ev qalmaqalı böyüyür: Sakinləri dinləyən yoxdur





A+  A-

Azərbaycan Milli Elmlər Akdemiyasının (AMEA) evsiz qalan sakinləri bu dəfə “Evro Story-S” MMC-nin qarşısına toplaşıb. Sakinlər şirkətdən ev haqqlarını tələb edib.
Yasamal rayonu Şərifzadə-12 ünvanında yerləşən "Aspirantlar" yataqxanasında yaşayan 50-dən çox ailə ev bölgüsündən narazıdır.

Məlumat üçün bildirək ki, yataqxanada yaşayan 118 ailə 5 il bundan öncə prezidentə müraciət edib. Yataqxanada acınacaqlı vəziyyətdə yaşayan sakinlərin müraciətindən sonra ölkə başçısının göstərişilə həmin ünvanda yaşayan 118 ailənin mənzillə təminatına dair iş başlayıb. “Evro Story-S” MMC ilə AMEA arasında 2012-ci il noyabrın 14-də podrat müqaviləsi imzalanıb. Bakı şəhər İcra Hakimiyyətinin dekabrın 19-da 2012-ci il 564 saylı sərəncamı ilə Yasamal rayonu Şərifzadə 12 ünvanında yerləşən “Aspirantlar” yataqxanasının həyətindəki 0.66 hektar torpaq sahəsi “Evro Story-S” MMC-yə bu yataqxanada yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və onların hər birinin (118 ailə) 65 kvadratmetrdən az olmayaraq mənzillə təmin olunmaları şərti ilə 4 ədəd 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilib.

Ev bölgüsündən narazı olan sakinlər AMEA-nın prezidenti Akif Əlizadə ilə görüşməyə cəhd etsələr də, alınmayıb. Əlacsız qalan sakinlər bu dəfə də “Evro Story-S” MMC şirkətinin qarşısında yığılıb. Şirkətin rəhbəri Ağarəhim Baxşəliyev sakinlərə ev bölgüsünə görə məsuliyyət daşımadığını bildirib.

(qaynarinfo.az)

Xəbər 4083 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +