Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


05.03.2024  10:35 

İsrail BMT-dəki nümayəndəsini geri çağırıb





A+  A-

İsrail BMT-dəki daimi nümayəndəsini geri çağırıb.

Xəzərnews.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antonio Quterreşi HƏMAS yaraqlıları tərəfindən törədilən kütləvi zorlamalarla bağlı hesabatı dayandırmağa çalışmaqda ittiham edib.

Bundan əvvəl BMT-nin xüsusi nümayəndəsi Pramila Patten hesabat təqdim edib ki, girovların cinsi zorakılığa, o cümlədən zorlama, cinsi işgəncə, qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması ilə bağlı birmənalı və inandırıcı məlumat var.

Sənəddə həmçinin qeyd edilir ki, indi yaraqlılar saxladıqları girovlarla bunu davam etdirə bilərlər.

"BMT-nin HƏMAS-ın hücumu zamanı törədilmiş şokedici cinsi cinayətləri nəhayət etiraf etməsi 5 ay çəkdi. İndi Qəzza zolağında girovlarımızın məruz qaldıqları cinsi vəhşiliklər və cinsi zorakılıqlar barədə hesabat ortaya çıxandan sonra utancverici bir sükut hökm sürür. Bu məsələ ilə bağlı bir dəfə də olsun müzakirə aparmayan BMT "göylərə ağlayır”, - İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan bildirib.//Yenisabah

Xəbər 2520 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +