Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


19.07.2023  22:50 

Ədliyyə Nazirliyi AXCP-ni də qeydiyyata almadı





A+  A-

Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən mənfi cavab alıb.

XəzərNews.az "Meydan TV"yə istinadən xəbər verir ki, nazirliyin Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsinin rəisi İlqar Məmmədovun iyulun 19-da partiyaya göndərdiyi məktubda qeyd olunub ki, 5138 üzvü əhatə edən reyestrdə 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən onlar partiya tərəfindən dəqiqləşdirilməlidir.

"Reyestrdəki eyniləşdirilmiş şəxslərin sırasından 119 nəfərin başqa partiyanın üzv olduğu, 59 şəxs barədə məlumatların təkrarlandığı və 3 nəfərin öldüyü müəyyən edilib. Həmçinin, reyestrdə adları qeyd olunan şəxslərlə əlaqə saxlanılarkən onlardan 609 nəfəri AXCP üzvü olmadığını bildirib", – nazirlik əlavə edib.

İlqar Məmmədovun sözlərinə görə, təqdim olunan məlumatlarda 33 nəfərin əlaqə telefonunun nömrəsi qeyd olunmayıb.

Nazirlik "Siyasi partiyalar haqqında" Qanunun 30.2 maddəsinə əsaslanaraq reyestrdə aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün partiyaya 30 gün vaxt verib.

Qeyd edək ki, bundan əvvəl Müsavat Partiyası və REAL Partiyası da imtina cavabı alıb.

Xəbər 1210 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +