Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi


17.03.2022  11:24 

Deputat mandatından imtina etdir - Azərbaycanda





A+  A-

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

XəzərNews.az xəbər verir ki, iclasda Şahin Seyidzadənin deputat mandatından imtina barədə ərizəsinə baxılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qo goruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, MSK-ya ərizə (rəsmi məlumat) daxil olduqda, MSK ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir.

Qərarın MSK tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.

Xəbər 2029 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +