Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi


13.09.2017  14:51 

Sumqayıtda evə silahlı basqın olub





A+  A-

Sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfərin xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb xəsarət yetirdikləri, daha sonra isə onun evinə hücum edərək tapança ilə hədələdikləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olub.
DİN-dən XəzərNews.az-a daxil olan xəbərə görə, sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakinləri Anar Tağızadə və Qabil Əliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub.

A.Tağızadənin idarə etdiyi avtomobilə baxış zamanı hadisə zamanı istifadə etdiyi 1 ədəd pnevmatik, həmçinin əlavə olaraq 1 ədəd idman tapançası aşkar olunaraq götürülüb.

İlkin ifadəsi zamanı A.Tağızadə zərərçəkən şəxsin onun ailə üzvlərindən birinin ünvanına nəlayiq ifadələr işlətdiyinə görə tanışı Q.Əliyevlə birlikdə onu döydüyünü və silahla evinə hücum etdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər 1757 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +