Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


03.03.2021  10:37 

40 min manatlıq heroinlə tutuldu





A+  A-

Gəncə şəhər sakinindən 40 min manatlıq narkotik maddə götürülüb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Gəncə ŞBPİ Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qara bazarda təxmini qiyməti 40.000 manat olan heroin dövriyyədən çıxarılıb. Şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məhərrəm Əliyev şəhər ərazisində saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd kağız bükümdə, çəkisi 2 qram heroin aşkar edilərək götürülüb.

Onun şəhər ərazisindəki mənzilinə baxış keçirilən zaman, oradan sellofan torbada, çəkisi 578 qram heroin aşkar edilib.

Götürülən maddi sübutlar ekspertiziyaya təqdim edilib. M.Əliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər 5795 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +