Putinin Ərdoğanla telefon danışığı olub
2500 manat doğum, 5000 manat küvəz və iki körpənin ölümü...
Bakıda sürücülər arasında dava düşdü - Video
Dörd nəfərlik qəbir yeri 50 min manata... - Yasamalda
Fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? - Məhkəmə
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib - VİDEO
Baş nazir maaşlara əlavələrlə bağlı qərar verdi
881 kiloqram çətənə kolu aşkarlandı
Jurnalist olmaq istəyənlərin... - Qeydiyyat başladı
Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır


30.06.2023  11:27 

Poçt işçiləri üç aydır maaş ala bilmirlər?





A+  A-

Naxçıvanda bəzi poçt işçilərinin üç aydır maaş ala bilmədikləri bildirilir.

XəzərNews.az “Gündəlik Naxçıvan”a istinadən xəbər verir ki, bura əsasən Babək və Ordubad rayonlarının poçt işçiləri daxildir.

Onların sözlərinə görə, tabe olduqları “Naxçıvanpoçt” MMC-nin rəhbərliyi bunu büdcədə pul olmaması ilə əlaqələndirir.

Şikayətçilərdən B. Bayramov deyib ki, maaş tələb etdiklərinə görə onlar işdən çıxarmaqla hədələnirlər:

“Büdcədə pul yoxdursa, necə olur ki, Naxçıvan şəhərindəki poçt işçiləri vaxtında alır, biz yox? Bəs bizim yığıb verdiyimiz pullar hara gedir ki, maaşa pul qalmır? Bizi onsuz da aşağı maaşa işlədirlər. Minimum əməkhaqqı 345 manat olsa da, bizə 310 manat verilir. Bu yaxınlarda maaşların gecikməsi ilə bağlı şikayətə getmişdik. MMC rəisi Səxavət bizi hədələyib dedi ki, bir də şikayət etsəniz, işdən qovulacaqsınız. Maaş almadan necə dolanmaq olar”.

Şikayətçilər deyib ki, rəhbərlik muxtar respublika üzrə bütün poçt işçilərinin məzuniyyət pullarını da kəsib:

“İki ildir məzuniyyət pulu da almırıq. Bayram günləri də işləməyə məcbur edirlər. Maaşa gələndə isə, deyirlər pul yoxdur”.

“Naxçıvanpoçt” MMC-dən əməkdaşların şikayətinə münasibət öyrənmək mümkün olmayıb.

Xəbər 3301 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +