Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


08.12.2022  16:27 

İntim görüntülərlə şantaj edib 200 minini aldılar





A+  A-

Bakıda şantaj edildiyini bildirən əcnəbi ölkə vətəndaşı hüquq-mühafizə orqanlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edən Böyük Britaniya vətəndaşı, 1966-cı il təvəllüdlü C.G bildirib ki, bu ilin mart ayından etibarən Azərbaycan vətəndaşı olan 3 nəfər tərəfindən şantaj edilir.

O qeyd edib ki, özlərini Elnarə, Vüqar və Jasmin kimi təqdim edən şəxslər onu intim görüntülərini yaymaqla hədələməyə və pul tələb etməyə başlayıb.

Şikayətçi geridə qalan 10 ay ərzində həmin şəxslərin hədə-qorxu yolu ilə ondan 200 min manat pul aldıqlarını əlavə edib.

Qeyd edək ki, polisə müraciət edən Britaniya vətəndaşı 10 ildir ki, Bakıda yaşayır və əcnəbi şirkətlərdən birində rəhbər vəzifədə çalışır. O, azərbaycanlı qadınla evlidir.

C.G-nin müraciəti ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir./“Qafqazinfo”

Xəbər 2530 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +