Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


27.04.2019  13:07 

Arda Turan 14 ildə ilk dəfə





A+  A-

Futbol üzrə Türkiyə yığmasının sabiq üzvü Arda Turan karyerasının ən uğursuz mövsümünü geridə qoymaq üzrədi.
XəzərNews.az xəbər verir ki, hazırda “Başakşəhər”də forma geyinən 32 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 16 oyunda qol vurmaması ilə diqqət mərkəzinə düşüb.

O, bu oyunlardan 9-da start heyətdə meydana çıxıbsa, qalan görüşlərdə sonradan mübarizəyə qoşulub. Arda həmin oyunların heç birində rəqib qapısına yol tapmamaqla karyerasının antirekordunu müəyyənləşdirib. Belə ki, Turan 14 illik karyerası ərzində ilk dəfə mövsümü qol vurmadan başa çatdıracaq.

Arda mövsümün qalan hissəsində meydana çıxmayacaq. Buna səbəb onun hazırda zədədən əziyyət çəkməsidi.

Onu da qeyd edək ki, Arda cari mövsümdə meydanda olduğu 800 dəqiqə ərzində cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Türkiyə millisinin sabiq üzvü karyerası ərzində şərəfini qoruduğu “Manisaspor”, “Qalatasaray”, “Atletiko” (Madrid) və “Barselona” klublarında heç vaxt mövsümü qolsuz başa vurmamışdı.

Xəbər 2981 dəfə oxunub.



19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +