İran danışıqlar aparmayacaq - Əraqçi
Ceyhun Bayramov İstanbula gedib
Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib


13.04.2017  15:24 

“CBC Sport”da maaş verilmir - Baş direktordan münasibət





A+  A-

Bu mövsümdən Topaz Premyer Liqasının yayım hüququna sahiblənən “CBC Sport” kanalı ölkənin ən məhşur şərhçiləri ilə də əməkdaşlığa başlamışdı.
Tezliklə böyük kollektiv yığan kanalda qışdan bəri maddi problemlər yaşanmağa başlayıb. Artıq telekanalda çox az sayda şərhçinin qaldığını deyə bilərik.

Orada çalışan işçilərin çoxu “CBC Sport”dakı vəziyyətdən narahatdır. 3 aydır maaş üzünə həsrət qalan əməkdaşlar yavaş-yavaş telekanaldan ayrılmaq istəyinə düşüblər.

Qeyd edilir ki, bir neçə aydır, işçilərə təklif edilən pulsuz nahar yeməkləri də ləğv edilib.

Hətta əməkdaşlar arasında gəzən söz-söhbətə görə, kanal rəhbərliyi Premyer Liqa və Azərbaycan Kubokunun final oyunu bitdikdən sonra operatorları öz hesablarına məzuniyyətə göndərmək niyyətindədir. Bununla bağlı təkliflər də hazırlanıb.

Məsələ ilə bağlı “CBC Sport”un baş direktoru Volkan Üstlə danışdıq. Kanal rəhbəri açıqlamasında bunları deyib: “Yazılanlar və deyilənlər həqiqəti əks etdirmir. Maddi durumumuzda şişirdiləcək qədər problemlər yoxdur”.

Xatırladaq ki, Volkan Üst daha öncə verdiyi müsahibəsində kanalın icarəyə götürdüyü 2 PTS-dən birini Türkiyəyə geri göndərdiklərini bildirmişdi:

“O PTS-i göndərdiyimiz üçün bəzi işçilərimizlə yollarımız ayrıldı. Bu işdən çıxarılma kimi görünsə də, əslində işimiz üçün etdiyimiz dəyişikliklərdir. Şirkət olaraq hər şey öz yerindədir. Sadəcə iqtisadi tədbirlərimizi davam etdiririk”.

(qafqazinfo.az)

Xəbər 3115 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +