Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


21.05.2024  16:36 

“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini





A+  A-

“Azərbaycanla İran arasında son günlər normallaşma prosesi başlamışdır. İran tərəfindən mərhum xarici işlər naziri Əmir Hüseyn Abdullahian Azərbaycanın səfirliyə qarşı terror hücumundan sonra rəsmi Bakı ilə əlaqələrin bərpası üçün çox işlər gördü”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri MCP Başqan müavini Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Azərbaycan İranla problemdə maraqlı deyil:

“Ölkəmiz daima İranla əməkdaşlığa üstünlük verib. Amma Tehranın Azərbaycana qarşı siyasəti II Qarabağ müharibəsindən sonra düşmən səviyyəsinə yüksəlib. Proseslərin arxasında SEPAH və mühafizəkar kəsim dururdu. Amma siyasi sistem daxilində anti-Azərbaycan qüvvələr önə çıxmışdı. İran siyasi sistemində Azərbaycana münasibət mənfidir və bizi istəmirlər”.

M.Əsədullazadə deyib ki, İranda növbəti seçkilərdə yenidən mühafizəkar qanad seçkidə qalib gələcək:

“İran parlamentinin sədri doktor Qalibafın prezident seçilməsi mümkün ola bilər. İranın Ali dini rəhbəri S. Ə. Xameneinin mövqeyi burada əsas və əhəmiyyətlidir. Parlament sədri Qalibaf prezident seçilərsə, İran Azərbaycan əlaqələri indiki müstəvidə davam edəcək.

Qeyd edim ki, bu əlaqələrin normal prosesdə davam etməsi Azərbaycandan asılı deyil, İran rəhbərliyindən asıldır. Göründüyü kimi, İran Azərbaycanla problemlə deyil, əməkdaşlıqla davam etmək qərarı verib. Məhz prezident İlham Əliyev İran səfirliyində baş sağlığı mesajında İranla razılaşmaların davam edəcəyinə ümid etdiyini vurğuladı.

Azərbaycan ikitərəfli əldə edilən razılaşmalara sadiqdir. İran tərəfi də problem yox, əməkdaşlığı davam etdirəcək. Çünki, Azərbaycana qarşı iki il ərzində həyata keçirdikləri təzyiqlər müsbət nəticə vermədi”.


Xəbər 18058 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +