Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


10.03.2023  10:39 

Ramil Usubovun qardaşı oğlu işdən çıxarıldı





A+  A-

Yasamal Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Hikmət Usubov işdən çıxarılıb.

Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Hikmət Usubov işdən azad edilərək sərəncama götürülüb.

Nazirin digər əmri ilə sözügedən vəzifəyə yeni təyinat da olub. Belə ki, Sabunçu Rayon Polis İdarəsinin Mühafizə Bölməsinin rəisi, polkovnik Əşrəf Allahyarov təyin edilib.

Qeyd edək ki, hər iki polis zabiti yüksək vəzifəli şəxslərin qohumudur. Hikmət Usubov sabiq daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu, Əşrəf Allahyarov isə daxili işlər nazirinin keçmiş müavini Oruc Zalovun kürəkənidir./Qafqazinfo

Xəbər 1361 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +