Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


07.09.2022  14:16 

“469 müəllim “anbar”, “şənbə” və “pambıq” sözlərini yaza bilməyib”





A+  A-

“Müəllimlərin sertifikasiya imtahanında 51 baldan yüksək nəticə göstərən yaşı 60-dan çox olan 184 müəllim var”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, imtahan verənlər arasında hər yaşda yaxşı nəticə göstərən, səriştəli müəllimlərimiz var. Gənc, MİQ imtahanları ilə gələn çox yaxşı müəllimlər var: “Məktəblərdə işləyən müəllimlərin 80 faizə qədərinin minimal biliklərlə bağlı problemləri yoxdur. Lakin 10-12 faiz müəllimin bir il ərzində təkmilləşməyə ehtiyacı var”.

Nazirin sözlərinə görə, 469 müəllim sertifikasiyada “anbar”, “şənbə” və “pambıq” sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını tapa bilməyib: “Bu, sertifikasiyada iştirak edənlərin 18 faizini təşkil edir. Bu tip hallar çoxdur”./“Qafqazinfo”

Xəbər 5258 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +