Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


01.09.2022  15:11 

Jurnalist təşkilatı şəhid ailələrinin sosial problemlərini araşdıracaq





A+  A-

Jurnalist Araşdırmaları Mərkəzi (JAM) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihənin icrasına başlayıb.

XəzərNews.az xəbər verir ki, layihənin rəhbəri, JAM sədri Seymur Verdizadə deyib ki, məqsəd şəhid ailələri və Qarabağ qazilərinin problemlərini, onların ehtiyac və istəklərini öyrənmək, bu problemləri media vasitəsilə müvafiq dövlət qurumlarının diqqətinə açtdırmaqdır.

"Layihə çərçivəsində həm ölkənin tanınmış, ictimai fəal olan şəxsləri, həm də bu kateqoriyadan olanların özlərinin fikirləri dinləniləcək, qaldırılan məsələlər onlayın media vasitəsi ilə ictimaiyyətin diqqətinə çatdırılacaq. Bundan başqa layihə çərçivəsində şəhid ailələrinin evlərinə səfərlər, bu kateqoriyadan olan təşkilatların nümayəndələri ilə görüşlər, onların yaşayışı ilə bağlı reportajlar hazırlanacaq", - deyə Seymur Verdizadə qeyd edib.

JAM sədri bildirib ki, layihə 3 ay müddətində Bakı şəhərində həyata keçiriləcək.

Xəbər 1547 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +