Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


01.09.2022  12:50 

İcra başçısının oğlunun 2 milyonluq maşın kolleksiyası - FOTOLAR





A+  A-

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyası üzə çıxıb.

Bu faktı araşdırmaçı jurnalist Mehman Hüseynov ortaya çıxarıb.

Jurnalist əvvəlki araşdırma zamanı icra başçısının oğluna məxsus, Bakının mərkəzində - "Hilton" otelinin yaxınlığında yerləşən dəbdəbəli "D`lite" restoranını ortaya çıxarmışdı. Bu dəfə isə həmin restoranın yaxınlığında Bəhram Bayramovun avtomobil qarajını müəyyən edib.

Araşdırmadan məlum olur ki, icra başçısının oğlunun qarajında 10 BB 904, 10 OO 904, 10 KK 904, 10 TT 904, 10 AS 904, 10 ZZ 904 nömrə nişanları altında ümumi dəyəri 2 milyon manatdan çox olan avtomobilllər var.

Bu nömrələrdən bəziləri birbaşa Bəhram Bayramovun öz adına olsa da, bir neçəsi Aslanov Rüstəm Vidadi oğlunun adınadır. Sonuncu şəxs həm də 10 AS 904 nömrə nişanının sahibi olan şirkətin ("Events Services Group") təsisçisidir.

Araşdırmada təqdim olunan foto-faktlardan o da məlum olur ki, bu nömrələrin böyük əksəriyyəti qanunsuz olaraq, bir çox avtomobildə istifadə olunur.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun maaşı 1280 AZN-dir.











Xəbər 3409 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +