Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir
Milli Məclisin xüsusi iclası başladı
Saxta alkoqollu içkilər istehsal edirmiş
Bank kartlarından 30 min oğurlanıb
Moskvadan Bakıya planlaşdırılan reysi gecikir
Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı


10.08.2022  10:17 

“Ölkədə din sahəsində ciddi islahatlar həyata keçirilməlidir” - Deputat





A+  A-

“Qarabağdakı zəfərimizdən sonra qarşımızda duran ən önəmli məsələlərdən biri də Azərbaycanda dini təhlükəsizliyin təmin olunmasıdır. Son hadisə göstərdi ki, həm xaricdə, həm də ölkə daxilində bu cür qruplaşmaların qarşısının peşəkar formada alınması istiqamətində müvafiq tədbirlər görülməlidir. Daha ciddi və sərt addımların atılmasına ehtiyac var”.

XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, ölkədə din sahəsində çox ciddi islahatlar həyata keçirilməlidir: “Təəssüf ki, ölkə daxilində radikal qruplar və onları dəstəkləyənlər az da olsa, var. Aidiyyatı orqanalarımız bununla bağlı müəyyən addımlar atıblar. Vəziyyət nəzarət altındadır. Ancaq hesab edirəm ki, atılası addımlar hələ çoxdur. Bu tədbirləri zamanında görməsək, növbəti mərhələrdə bu kimi hallar davamlı xarakter ala bilər. Çünki bəzi qruplaşmalar ölkədə dini sabitliyi pozmağa çalışırlar. Belə qruplaşmaların məkirli niyyətlərinin qarşısı vaxtında alınmalıdır”.

Xəbər 2788 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +