Azərbaycanlı tələbəyə işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?
HƏMAS bir İsrail əsgərini əsirlikdən azad etdi
Zelenski Putindən başqa heç kəslə görüşməyəcək
Bank kartlarından 9 min manata yaxın pul oğurlanıb
Maska rejimi QAYIDIR?
Məktəb direktorları 150 minlik maşınları necə alır?


02.04.2017  10:49 

“Aprel döyüşləri erməni miflərinin hamısını dağıtmış oldu”





A+  A-

Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun qarşısında hansı hədəflər durmuşdusa, o hədəflərə də nail olundu.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Deputat deyib ki, Ermənistanın ötən il aprel aylarının ilk günlərində etdiyi hücumlara Azərbaycan Ordusu kifayət qədər tutarlı cavab verib: “Həmin gün Milli Ordumuzun əsgər və zabitləri böyük qəhrəmanlıq nümayiş etdiriblər. Həmin döyüşlər zamanı strateji baxımdan kifayət qədər əhəmiyyətli olan ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçdi. Döyüşlərin getdiyi günlərdə təmas xəttinə yaxın yerlərdə yaşayan Azərbaycan vətəndaşları da çox böyük cəsarət göstərərək öz evlərini tərk etmədilər. Vətəndaşlar tam əmin idilər ki, Azərbaycan dövləti və ordusu onları müdafiə edəcək, onların əziyyətlərinin, tökülmüş qanın əvəzini çıxacaq”.

R.Rzayev deyib ki, aprel döyüşləri həm də erməni miflərinin hamısını dağıtmış oldu: “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə köçmək istəyən vətəndaşlarımızın sayının artması ermənilərin dünya ictimaiyyəti qarşısında “azərbaycanlılar öz doğma torpaqlarına qayıtmaq istəmir” kimi yalanlarını ifşa etdi. Dünya ictimaiyyəti bu mifin Ermənistanın cinayətkar hakimiyyəti tərəfindən yaradıldığını, Azərbaycan gənclərinin öz torpaqlarını unutmadıqlarını, hər an döyüşə hazır olduqlarını gördü”.

R.Rzayev deyib ki, aprel döyüşləri həm də ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinə və aparıcı dövlətlərə böyük bir siqnal oldu.

Onun sözlərinə görə, aprel döyüşlərindən sonra həm danışıqlar prosesində, həm də bölgədə yeni vəziyyət yarandı, Azərbaycanın mövqeyi daha da möhkəmləndi: “Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Ermənilər bilməlidirlər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün imkanlardan istifadə edəcək”.

Xəbər 1965 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +