İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


15.11.2017  14:46 

Abonentə 1400 manat borc gəlib





A+  A-

Bakıda vətəndaşın qaz sayğacı kodunun dəyişməsi onu 1440 manat ziyana salıb.
XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən Binəqədi rayonu, Sulutəpə qəsəbə sakini Sevda Fərzəliyeva bildirib ki, bir neçə ay bundan qabaq onun adına olan qaz sayğacının kodu başqa bir vətəndaşın adına verilib: “Qaz idarəsində dedilər ki, texniki səhv olub və mənə başqa bir qaz sayğacının kodunu verdilər. Ancaq verilən təzə sayğac kodunun üstündə 1440 manat borc var, indi də həmin pulu məndən tələb edirlər. İdarənin rəisi ilə danışdım, dedi 250 manat versən o borcu silərik. Bizim evin sayğac kodu verilən adam da idarəyə gəlmişdi, hansısa vəzifəli şəxsir, sürücüsü ilə gəlmişdi. Mən ona da dedim ki, bu borc mənə aid deyil”.

“AzəriQaz”ın mətbuat katibi İbrahim Kərbəlayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ araşdırılmadan konkret bir söz demək olmaz: “Abonent bazasında borc nə silinə bilər, nə də artırıla bilər. Bu, elektron formada tənzimlənir. Ona müdaxilə etmək mümkün deyil. Buna görə də bu iddia inandırıcı deyil.

Vətəndaş yazılı şəkildə “AzəriQaz” İstehsalat Birliyinə müraciət edərək dediyi məsələləri qeyd etsin. İşçi qrup tərəfindən araşdırıldıqdan sonra tam təfsilatı ilə abonentə məlumat veriləcək”.

Xəbər 3227 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +