İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


05.02.2025  10:39 

İş saatlarında dəyişiklik edilə bilər? -VİDEO





A+  A-

Bir neçə gün əvvəl imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkil edilməsi nəzərdə tutulub.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, bu cür tədbirlər tıxac probleminin həllinə kömək edə bilər.

Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Qərb ölkələrində olduğu kimi, dövlət, özəl və təhsil müəssisələrinin fərqli saatlarda işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər.

Sahib Məmmədov hesab edir ki, dövlət strukturlarında iş özəl sektorlara nisbətən daha tez başlamalıdır. Özəl sektorun da iş qrafikinə dəyişiklik edilməlidir. Əgər dövlət orqanlarında iş saat 08:00-da başlayacaqsa, özəl müəssisələrdə ən azı 1-2 saat gec tətbiq edilməlidir. Müəssisələr arasında iş saatlarının bölgüsündə eyniləşmə aradan qaldırılsa, tıxac problemi də həllini tapmış olar.

Ekspert qanunvericiliyə əsasən iş rejiminin gündəlik səkkiz saat olmasına da diqqət çəkərək qeyd edib ki, işin başlama və bitmə vaxtını işəgötürən müəyyən edir. Əks-təqdirdə bu, müəssisənin işinə müdaxilə olar. Bu məsələnin tənzimlənməsi üçün Nazirlər Kabineti dövlət sektoru üçün qərar verə bilər. Amma özəl müəssisələrə müdaxilə etmək düzgün deyil.

Sahib Məmmədov qeyd edib ki, iş saatlarının dəyişdirilməsi sayəsində şəhərdə işçilərin nəqliyyatla hərəkəti zamanlar üzrə bölünəcək. Bu da yollardakı sıxlığın aradan qaldırılmasına ciddi yardım göstərəcək.



Xəbər 3358 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +