“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.05.2021  09:17 

Yazda dərinizə mütləq bunları edin





A+  A-

Soyuq qışdan sonra dəri təravətini itirir, daha çox baxım tələb edir. Yaz aylarında dərinizin daha da parıldaması və günəş şüalarından zədə almaması üçün bəzi qaydalara əməl etməlisiniz.
XəzərNews.az axşam.az-a istinadən üz baxımı üçün aşağıdakıları təqdim edir:

1. Üzünüzü bu ərəfələrdə daha quru hiss edə bilərsiniz. Yüngül nəmləndirici kremlərdən istifadə edin. Eyni zamanda üz dərinizi təravətləndirəcək maskalar da seçin.

2. Gündə iki dəfə üzü təmizləmək yaxşıdır. Üz təmizləyici vasitələrinizi təmizləyin. Mineral üz təmizləyiciləri kiri aradan qaldırıb, üzünüzü nəmləndirəcək.

3. Ağır, yağlı kremlərdən xilas olun. baharda daha yüngül nəmləndirici məsləhət görülür. Makiyaj edərkən yüngül bazalardan istifadə edin.

4. İlk növbədə üzünüzə pilinq edin. Həftədə iki dəfə nəmləndirici maska çəkin. SPF tərkibli kremlər çəkməyi unutmayın.

5. Çoxlu su için və təmiz havada gəzin. Oksigen dəri rəngini açır. Tərəvəz və meyvə çox yeyin. Dərinin yenilənməsində faydalı olan C, E, A və B vitaminlərini təbii qidalardan almağa çalışın. C vitamini dərinizi cavan saxlayan kollageni artıracaq. Çiyələk, pomidor, avokado, soğan, ananasın tərkibində bol C vitamini var. E vitamini isə dərini nəmləndirir, günəşin zədələrindən qoruyacaq, qırışları azaldacaq. Yaşıl yarpaqlı tərəvəzlərdə, lobyada, fındıq, duru yağda E vitamini zəngindir.

6. 1 xörək qaşığı yaşıl çay (blenderdən keçirin), 1 çay qaşığı limon suyu, 3 çay qaşığı bal, 1 çay qaşığı sodanı qarışdırın. Üz və boyun hissəsinə sürtün, 20 dəqiqə saxlayın. Həftədə bir dəfə bunu edə bilərsiniz.



Xəbər 1929 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +