“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.09.2017  16:51 

Alim Qasımov və Fərqanə Qasımova Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcəklər





A+  A-

Alim Qasımov və Fərqanə Qasımova oktyabrın 29-da Nyu-Yorkun Rose Teatrında konsert proqramı ilə çıxış edəcəklər.
XəzərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, konsert çərçivəsində tanınmış muğam ustaları “Leyli və Məcnun” əsərini təqdim edəcəklər. Bu mümkünsüz sevgi motivlərinə İpək Yolundan keçən bütün mədəniyyətlərdə rast gəlinir. Leyli və Məcnun fars və ərəb folklorunun əsas qəhrəmanları və XX əsrin əvvəlində yazılmış ilk müsəlman operasının əsas mövzusudur.
Səhnəyə muğam ustaları Alim Qasımov və Fərqanə Qasımova ilə yanaşı, “İpək yolu” ansamblı, xoreoqraf Mark Morrisin ilhamlandırıcı adaptasiyasında rəqs qrupu da çıxacaq. Mark Morrisin rəqs qrupu mərhum abstraksionist rəssam Hovard Hodjkinin dizayn verdiyi geyimlərdə olacaq.
Səhnədə Alim Qasımov dahi Üzeyir Hacıbəylinin bəstələrini Conni Qandelsman və Kolin Yakobsenin aranjimanında səsləndirəcək. Alim Qasımov Məcnunun, Fərqanə Qasımova isə Leylinin partiyasını oxuyacaq. Əsər ingilis titrləri ilə Azərbaycan dilində təqdim ediləcək.

Xəbər 1740 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +