Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


14.09.2017  11:27 

Elza iki məşhur şairi məhkəməylə hədələdi





A+  A-

Əməkdar artist Elza Seyidcahan xalq şairi Sabir Rüstəmxanlını və Baba Vəziroğlunu məhkəmə ilə hədələyib.
XəzərNews.az xəbər verir ki, “Show time” verilişinə qonaq olan əməkdar artist bildirib ki, həmin şairlər onu tənqid etdiyinə görə, məhkəməlik ola bilər:

“Böyük şairlərimiz “Tikim sizin ağzınızı” şeirinin dərinliyinə varmadılar. Çəkinmədən onların adlarını açıqlayacam. Sabir Rüstəmxanlı ilə Baba Vəziroğlu. Onların adını niyə çəkirəm? Çünki onların mənə qarşı etirazlarını gördüm. Mən bu şeiri yaratmışam, oturmuşam evimdə. Görürəm ki, mənə söz göndərirlər ki, Elza bunu düz etmir.

Mən də onları məhkəməyə vermirəm, özlərinə cavab verirəm. Amma mənim ixtiyarım var ki, onları məhkəməyə verim. Mənim yaradıcılığımda qüsur yoxdur. Əslində yaradıcılıq odur ki, küt beyinləri açır. Yoxsa o qədər toz basmış kitablar var ki... Deyirlər ki, mənim şeirim söz yığnağıdır.

Əgər söz yığnağıdırsa, sizi niyə bu qədər düşündürür? Eybi yoxdur, siz mənim şeirimə gülə bilərsiz. Gülənlərə demək istəyirəm ki, mən sizi döyə-döyə yox, sevə-sevə tərbiyə edirəm”.

Xəbər 1614 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +