Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


21.03.2023  09:28 

Qarabağda tender məsələləri ilə bağlı ictimaiyyətə niyə məlumat verilmir?





A+  A-

"Azərbaycanda tenderlər kağız üzərində baş verir və burda "Dövlət satınalmalar haqqında" Qanun, ümumiyyətlə, müzakirə predmeti deyil. Eyni zamanda, Qarabağda da tikinti-quruculuq və digər işlərdə də heç bir qanuni prosedur gözlənilmir".

XəzərNews.az xəbər verir ki, bu sözləri iqtisadçı Nazim Bəydəmirli AzadlıqRadiosuna müsahibəsində bildirib.

N.Bəydəmirli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasında şəffaflığın qorunması sual altındadır.

Onun sözlərinə görə, Qarabağda tenderlər və maliyyə məsələləri ilə bağlı ictimaiyyətə məlumat verilmir:

"Jurnalistlər dəmiryol xəttinin tikilməsi ilə bağlı Türkiyə şirkətinə sual ünvanlandırdı, ona cavab olaraq bildirildi ki, bunu öz hökumətinizdən soruşun. Türkiyənin yüz milyardlarla ölçülən tenderlərini "udan" və şəffaflıqla bağlı Türkiyə ictimaiyyətində şübhə doğuran şirkətlərin Azərbaycanda şəffaf işlədiklərinə qarantiya yoxdur".

O, deyib ki, şəffaflıq olmayan yerdə səmərəlilik də ikinci plana keçir: "O baxımından da mən güman etmirəm ki, ayrılan vəsaitlər öz hədəfinə çatsın. Çox vəsait ayıracaqlar, çox "otkat" götürəcəklər".

Xəbər 2343 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +